USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Martın 1-dən ipoteka kreditləri üzrə sığorta ödənişləri "Hökumət Ödəniş Portalı"nda aparılacaq

"Elektron İpoteka Sistemi" layihəsinin funksional davamı olaraq ikinci faza çərçivəsində ipoteka kreditləri üzrə sığorta ödənişlərinin real vaxt rejimində (onlayn) həyata keçirilməsi uğurla başa çatdırılıb.

İpoteka Fondundan AZƏRTAC-a bildiriblər ki, sistem hər bir ipoteka ödəyicisinə əmlak və həyat sığorta ödənişlərini birbaşa "Hökumət Ödəniş Portalı"nda aparılmasına imkan yaradır. Həmçinin sistem borcalana sığorta ödənişlərini hissə-hissə və ya illik həyata keçirmək seçimini təklif edir. Eyni zamanda, borcalanın sığorta öhdəliklərinin vaxtı keçdiyi təqdirdə, sistem ilkin olaraq məhz sığorta ödənişlərinin aparılmasını tələb edəcək. Yalnız sığorta ödənişi aparıldıqdan sonra borcalan aylıq ödənişini həyata keçirə biləcək.

İpoteka kreditləri üzrə sığorta ödənişlərinin "Hökumət Ödəniş Portalı" vasitəsilə aparılmasına martın 1-dən start veriləcək.

Fondun tətbiq etdiyi "Elektron İpoteka Sistemi" borcalanlar tərəfindən əmlak və həyat sığorta ödənişlərinin vaxtında aparılmasına zəmin yaradacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!