USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Teymur Məmmədov: "Medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım"

"Mən medal qazanacağıma inanırdım, döyüşü düzgün qurmadım. Komanda pis döyüşmədi. Hamının şansı var idi, əksəriyyəti medalın bir addımlığında məğlub oldu".

ASAN Radio xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı bayraqdarı, boksçu Teymur Məmmədov deyib.

O, finalda hakimlərin Lorenzo Sotomayora qarşı haqsızlıq etməsi fikri ilə razı olmadığını bildirib:

"Bizdə belə bir deyim var: Azərbaycan idmançıları uduzmurlar, onları hakimlər uduzdurur (gülür - red.). Olimpiada elə bir yerdir ki, orada fərq etmir sən dünya çempionusan, ya da olimpiya çempionu. Orada heç tanınmayan idmançılar çıxıb qələbə qazanırlar".

Teymur Məmmədov jurnalistlərin Özbəkistan boksçularının uğurlu çıxışı ilə bağlı sualını da cavablandırıb:

"Yəqin onlar yaxşı hazırlıq prosesi keçiblər".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!