İtaliyada baş vermis 6 bal gücündə zəlzələdən sonra yeni güclü təkanların olacağı istisna deyil.
ASAN Radio xəbər verir ki, bunu İtaliyanın seysmoloqları bildirib.
Onların fikrincə, “6 ballıq zəlzələdən sonra azalmaya meylli çoxlu sayda təkanlar baş verir. Amma istisna etmək olmaz ki, yeni və güclü təkanlar da ola bilər.”
Hazırda 14 nəfərin həlak olduğu bildirilsə də, İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Fabrisio Kurço deyib ki, xilasedicilər dəqiq say barədə açıqlama vermək istəmir, çünki təbii fəlakətdən sonra çox az vaxt keçib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!