ABŞ Azərbaycanlılar Şəbəkəsi Azərbaycanın Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalı barədə Amerika ictimaiyyətini məlumatlandırmaq üçün səkkizinci illik kampaniyaya start verib.
ASAN Radionun məlumatına görə, ABŞ konqresmenlərinə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, ABŞ Dövlət Departamentinə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, bu üç rayonun ərazisinin işğal edilməsi nəticəsində 157 min dinc azərbaycanlı öz doğma yurdundan qovulub.
BMT Təhlükəsizlik Şurası bununla əlaqədar 874 nömrəli qətnamə qəbul edib. Sənəddə erməni təcavüzü pislənir, Azərbaycanın ərazi bütövlüyü təsdiq edilir və erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması tələb edilir. Müraciətdə daha sonra Azərbaycan rayonlarının işğalı və məcburi köçkün vəziyyətinə düşmüş dinc Azərbaycan vətəndaşları barədə statistik məlumatlar əks olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!