USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Azerenerji”: Enerji sistemində baş vermiş qəza zamanı Rusiyaya 200 meqavat gücündə enerji ötürülüb

Rusiyanın enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib.

“Azərenerji”dən bildirilib ki, “Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib”. 

“Azərenerji” ASC-mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, qəza nəticəsində 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.

Xatırladaq ki, ötən gün Rusiyanın Sverdlovsk vilayətində yerləşən gücü 3 800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmazlığı yaranıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!