USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlərin döyüş atışlı mərhələsi icra edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və təsdiq edilmiş döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində keçirilən təlimlərin döyüş atışlı növbəti mərhələsi icra edilib.

Təlimlərə 3000 nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusu cəlb edilib.

ASAN Radio Müdafiə nazirliyinə istinadən xəbər verir ki, bu gün, təlimlərin əsas mərhələsində, Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə gəmisində dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini və döyüş atışlarını izləyib.

Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların iştirakı ilə keçirilən təlimlərin ilkin mərhələsində HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib.

Növbəti mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində enerji infrastrukturunun mühafizəsi üzrə əməliyyatların planlaşdırılması və təlimlərdə iştirak edən qüvvələrə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.

Təlimlərin yekun mərhələsində terror-diversiya qrupları tərəfindən ələ keçirilmiş ticarət gəmisinin və neft ixrac özülünün azad edilməsi, həmçinin Xəzər dənizinin əməliyyat zonasına qeyri-qanuni daxil olan şərti düşmən gəmilərinin məhv edilməsi məqsədilə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri, sahilboyu yerləşdirilən Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, o cümlədən xüsusi təyinatlılar qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Döyüş atışlarının icrası ilə həyata keçirilən təlimlərin əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb olunan şəxsi heyətin peşəkarlığını, praktiki və mənəvi-psixoloji hazırlığının səviyyəsini, həmçinin bölmələrin döyüş qabiliyyətini yüksək qiymətləndirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!