İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 159 nəfərə çatıb.
ASAN Radio xəbər verir ki, bur barədə ANSA informasiya agentliyi İtaliyanın Milli Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Rieti əyalətində 106, Askoli-Piçenoda isə 53 nəfər həlak olub.
Avqustun 24-də İtaliyanın mərkəzi vilayətlərində 6,5-5,2 gücündə yeraltı təkanlar baş verib. Zəlzələ nəticəsində ən çox Akkumoli və Amatriçe şəhərləri zərər çəkib. Yaralananların sayının 200-ə çatdığı bildirilir. Minlərlə sakin yaşadığı yerləri tərk etməli olub.
İtaliyanın baş naziri Matteo Renzi zəlzələ bölgəsində olub və hər kəsə lazımi kömək göstəriləcəyini bildirib. O, dağıntılar altında hələ də insanların qala biləcəyini deyib və həlak olanların sayının artacağı ilə bağlı ehtimallarını dilə gətirib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!