USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Avropa Liqası: “Qarabağ” və “Qəbələ” pley-off mərhələsinin cavab oyunlarına çıxacaqlar

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək.

ASAN Radionun məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”  yarışın qrup mərhələsinə yüksəlmək üçün mübarizə aparacaq. Ağdamlılar səfərdə minimal hesabla (0:1) məğlub olduqları “Höteborq”la bu dəfə Bakıda üz-üzə gələcək.

Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlamağa çalışacaqlar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən “Qarabağ” doğma azarkeşlər önündə qələbə sevinci yaşamaq istəyir.

“Qarabağ” qələbə qazansa, Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olacaq.

Azərbaycan çempionatının bürünc medalçısı “Qəbələ” də qrup mərhələsində çıxış etmək üçün mübarizə aparacaq. İlk matçda öz meydanında “Maribor”a 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmləri ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək üçün Sloveniyadan sərfəli nəticə ilə dönməlidir. Cari mövsüm keçirdiyi bütün avrokubok matçlarında qol sevinci yaşayan “Qəbələ”nin səfərdə də qol vuracağı gözləniləndi. Daim hücum futbolu ilə diqqət çəkən komandamız hətta səfər matçlarında da üslubunu dəyişmir.  “Qəbələ” tarix yazmağa da çox yaxındı. “Qırmızı-qaralar” üstünlüyünü qorusa, ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşəcək.

 

 

Avropa Liqası

Pley-off, cavab oyunu

25 avqust

 

20:30. “Qarabağ” – “Höteborq” (İsveç)

Baş hakim: Vladislav Bezborodov

Bakı. T. Bəhramov adına Respublika stadionu

 

22:15. “Maribor” (Sloveniya) – “Qəbələ”

Baş hakim: Viktor Kaşşai

Maribor. “Lyusdki Vrt” srtadionu

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!