USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Çempionlar Liqası: Qrup mərhələsində oynayacaq bütün komandalar bəlli olub  

Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.

ASAN Radionun məlumatına görə, qrupa adlayan daha 5 komandanın adına aydınlıq gəlib.

“Styaua” ilə formal cavab matçına çıxan “Mançester Siti” bu dəfə də qələbə qazanıb. Ancaq "şəhərlilər" ilk oyundakı 5:0 hesablı darmadağından sonra öz meydanında sadəcə 1 qolla kifayətləniblər.

“Yanq Boyz” üzərində səfər qələbəsi əldə edən Mönhenqladbax “Borussiya”sı da ikinci oyunda rahat qələbəyə sevinib - 6:1.

Böyük maraqla gözlənilən “Rostov” - “Ayaks” görüşü isə rusların darmadağını ilə yekunlaşıb - 4:1.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra iki oyunun nəticəsinə görə qalib gələn komandalar Çempionlar Liqasının qrupuna adlayıb, məğlublar isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.

 

Çempionlar Liqası

Pley-off mərhələsi. Cavab oyunları

24 avqust

 

APOEL (Kipr) - “Kopenhagen” (Danimarka) - 1:1

Qollar: Soteryou, 69 - Santander, 86

İlk oyun – 0:1

 

“Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya) - 1:2 (əlavə vaxt)

Qollar: Lazaro, 22 - Fernandes, 87, El Sudani, 95

İlk oyun – 1:1

 

“Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya) - 1:0

Qol: Delf, 56

İlk oyun – 5:0

 

“Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya) - 4:1

Qollar: Azmun, 34, Eroxin, 52, Noboa, 60, Poloz, 66 - Klaasen, 84 (pen.)

İlk oyun – 1:1

 

“Borussiya” (M. Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 6:1

Qollar: Azar, 9, 64, 84 Rafael, 33, 40, 77 - Rave, 79

İlk oyun – 3:1

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!