USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda son 11 ilin ən isti avqust ayı müşahidə edilir

Azərbaycanda bu il 2006-cı ildən bəri ən isti avqust ayı müşahidə edilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Sabah da ölkə ərazisində belə isti hava şəraitinin gözlənildiyini deyən M.Həsənov qeyd edib ki, avqust ayında bu cür yüksək temperatur 1992-ci ildə, sonuncu dəfə isə 2006-cı ildə müşahidə edilib: “Ancaq həmin istilər bu ilki istilər kimi olmayıb. Bu ilki avqust yüksək temperatura görə, ötən ilki avqust aylarından daha çox seçilir”.

M.Həsənov bildirib ki, bu il avqust ayında davamlı istilər müşahidə olunub: “Bu il Azərbaycanda yayın isti dövrləri uzanıb. Elə illər olur ki, həmin illərdə 1-2 gün ardıcıl isti olur. Bu il isə avqustun 15-dən havanın temperaturu yüksəkdir və hələ də yüksək temperatur davam edir. Həmin gündən başlayaraq, gündəlik temperatur 36-37 dərəcədən aşağı düşməyib. Gündüz əsasən, 40-42 dərəcə isti qeydə alınıb. Bu il hətta dağlıq ərazilərimizdə də temperatur yüksəkdir. Məsələn, Şəkidə temperatur 36-37 dərəcədir. Bu il istilərin 10 gün davam etməsi bir qədər gözlənilməz haldır”.

M.Həsənov bu il avqust ayının daha isti keçməsini ölkədə isti hava kütlələrinin davamlı olması və kənar hava kütlələrinin buraya daxil ola bilməməsi ilə izah edir: “Ölkəmizdə cənub hava kütləsi ilə şərqdən gələn hava kütləsi bir-birini əvəz edir. Bunların hər ikisi də isti hava kütləsidir. Əgər 3-4 gün hava isti olsaydı və bundan sonra da ölkə ərazisinə şimal, yaxud qərb hava kütləsi gəlsəydi, belə isti havalar olmazdı.  Temperaturun düşməsi üçün Azərbaycan ərazisinə ya qərbdən, ya da şimaldan hava kütləsi gəlməlidir. Şərqi Avropa üzərində bir qədər soyuq siklon yaranıb. Amma bu da hələ o demək deyil ki, bu hava kütləsi bizim ərazimizə gələcək”.

M.Həsənov avqustun 26-27-dən ölkədə havanın nisbətən sərinləşəcəyinin ehtimal edildiyini bildirib.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!