USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“YARAT Friends” yeni mövsümü açıq elan edib

Müasir incəsənət sevərləri bir araya toplayan və YARAT Müasir İncəsənət Məkanının nəzdində fəaliyyət göstərən “YARAT Friends” üzvlük platforması yay tətilinə yekun vuran musiqili tədbir ilə yeni mövsümü açıq elan edib.  

AZƏRTAC xəbər verir ki, proqram incəsənətə həvəsi olan, onu dəstəkləmək istəyən korporativlər və fərdlər üçün platformanın üzvü olmaqla yanaşı, tədbirlərdə daha da yaxından iştirak etmək imkanı yaradır.  

Fəaliyyətdə olduğu qısa müddət ərzində müasir incəsənət vurğunları üçün həyata keçirdiyi bir sıra tədbirləri ilə yadda qalan platforma, bundan sonrakı fəaliyyət istiqaməti, cəmiyyətin bütün kateqoriyalarına fokuslanmış yeni proqram strategiyası və bir sıra yeni imkanlarını təqdim edib.  

Tədbirdə YARAT mərkəzinin PR direktoru və “YARAT Friends” üzvlük platformasının rəhbəri Hökümə Kərimova çıxış edərək bildirib ki, layihənin məqsədi platforma üzvlərinin cəmiyyətimizə birlikdə töhfə vermək və müasir incəsənət anlayışını daha geniş kütləyə çatdırmaqdan ibarətdir.  

Bildirilib ki, tədbirin bədii proqramı platformanın aktiv üzvi Sevinc Ağasıyeva tərəfindən hazırlanıb.  

Qeyd edək ki, “YARAT Friends” Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal platforma olub, məqsədi müasir incəsənət anlayışının daha da geniş müstəviyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdan ibarətdir. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə eksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də məxsus “İncəsənətlə səyahət” proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir.  

Proqram sentyabrdan başlayaraq geniş müstəvidə fəaliyyətdə olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!