USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qafqaz Müsəlmanları İdarəsinin sədri Çeçenistanda beynəlxalq konfransda iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Çeçenistana səfər edib.

 

QMİ-nin mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, səfər Qroznı şəhərində Çeçenistanın mərhum Prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransa dəvət əsasında həyata keçirilib.

Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda A.Paşazadə məruzə ilə çıxış edib.

QMİ sədri hazırda dünyada cərəyan edən hadisələr fonunda din xadimlərinin zorakılıq hallarına, sülh və ədalətin pozulmasına qarşı daha artıq dərəcədə fəal çıxış etmək zərurətindən bəhs edib.

O bildirib ki, sülh, qardaşlıq dini olan İslam adından müsəlman xalqlarına, onların müstəqil dövlətlərinə qarşı məkrli sui-istifadə halları, İslam adına ləkə gətirilməsi hiddət doğurur.

Şeyxülislam qeyd edib ki, ekstremistlərin, təkfirçilərin, din adından istifadə edən sektaların, İŞİD və başqalarının məqsəd və məramlarının, cəmiyyət daxilinə nifaq salan, xalqların əsrlər boyu formalaşmış mənəvi köklərini məhv edən, ənənəvi dəyərlərinə və dövlətçiliyinə qarşı radikal addımlara sövq edən, gəncliyi psevdoislam ideyalarla zəhərləyərək alçaq niyyətlərinə alət edənlərin İslama, müsəlmanları narahat edən problemlərə heç bir dəxli yoxdur.

Bunun qarşısının alınması üçün əsl İslam həqiqətləri ruhunda maarifçilik işinin genişləndirilməsi zəruridir — nüfuzlu üləmaların dünyada ehtiramla qarşılanan rəyləri bu işdə böyük rol oynayır.

A.Paşazadə vurğulayıb ki, cəmiyyətlərdə mənəvi-əxlaqi sabitliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edən məqamlardan biri dövlət-din münasibətlərinin dövlət başçıları tərəfindən səriştəli tənzimlənməsi, dindarların ehtiyac və istəklərinə qayğı ilə yanaşılmasıdır.

Şeyxülislam Qarabağ probleminin sülh yolu ilə ədalətli həll olunmasının vacibliyi barədə fikirlərini səsləndirib.

O, iki onillikdən artıq davam edən bu münaqişənin, ümumən, Qafqazın inkişafına əngəl olduğunu vurğulayıb və Rusiyanın Prezidenti Vladimir Putinin sülhün əldə olunması istiqamətində səylərinin yüksək dəyərləndirildiyini bildirib.

 

Səfər çərçivəsində RF Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov QMİ sədri şeyxülislam A.Paşazadəni qəbul edib. Görüşdə şeyxülislam Azərbaycan Prezidentinin salamlarını və xoş arzularını Çeçenistanın başçısına çatdırıb. Azərbaycanın dövlət başçısını böyük qardaşı adlandıran və onun şəxsiyyətinə yüksək dəyər verdiyini vurğulayan R.Kadırov Prezident İlham Əliyevi Çeçenistanda görmək arzusunda olduğunu söyləyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!