USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MN: "Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır"

“Ermənistan hakimiyyətinə müxalif “Sasna Tsrer” silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir.

Göstərilən bu rəqəmlər yalnız Ermənistandan orduya çağırılanların sayını əks etdirir. Düşmən tərəfi Silahlı Qüvvələrimizin məhv etdiyi Dağlıq Qarabağ ərazisindən çağırılanları və muzdluları yenə də qəsdən gizlədir.”

ASAN Radio xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan müxalif “Sasna Tsrer” qüvvələrinin Ermənistanın aprel döyüşlərində 150-dən artıq əsgərinin ölməsi, 200-dən çoxunun isə yaralanması barədə açıqlamasını apa-ya şərh edərkən bildiriblər.

Mətbiuat xidmətdə qeyd ediblər ki, bunlar da nəzərə alınsa, aprel hadisələrində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır.

“Yaralıların bir çoxunun vəziyyəti hələ də ağır olaraq qalır ki, bu da itkilərin sayının artacağını istisna etmir.

Azərbaycan Ordusunun zərbəsindən bir neçə ay sonra özünə gələn Ermənistandakı bəzi siyasətbazlar və hərbi cinayətkarlar aprel döyüşlərini şərh edərkən, guya güclü müqavimət göstərdiklərindən Azərbaycan tərəfinin hərbi əməliyyatları dayandırmağa məcbur olması barədə absurd fikirlər də səsləndirirlər.

Azərbaycan əsgərinin silahının gücünün bir qismini üzərində hiss edən erməni tərəfi yaxşı bilir ki, bu addım erməni təxribatının qarşısının alınmasının nəticəsi idi.

Bir daha bildiririk ki, əgər erməni tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməzsə bu, Ermənistandakı hərbi-kriminal rejimin məhvinə, onların şəxsi faciəsinə və erməni xalqının mənasız itkilərinə səbəb olacaq”, - deyə mətbuat xidmətindən bildiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!