USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vergilər Nazirliyi Çağrı Mərkəzinin işini təkmilləşdirir

Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub.

ASAN Radio nazirliyə istinadən xəbər verir ki, “Outbound Call Centre” – Çağrı Mərkəzi təmsilçilərinin mövcud olan və ya gözlənilən (nəzərdə tutulan) müştərilərə zəng etmələri ilə bağlı fəaliyyətidir. Bu fəaliyyət texnoloji imkanlardan istifadə etməklə bir saat ərzində Çağrı Mərkəzi tərəfindən mümkün qədər çox müştəriyə zənglərin edilməsini nəzərdə tutur. Bu funksiyalara mövcud olan problemlər və gecikmələrlə bağlı məlumatlandırma, yeni uçota alınmış vergi ödəyicilərinin onlara yardım məqsədi ilə məlumatlandırılması, borcların yığılması, müştəri məmnunluğu ilə bağlı sorğuların və araşdırmalarının aparılması daxildir.

Bu xidmət növünün tətbiqi nəticəsində vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini vaxtında yerinə yetirməyən və ya əksər hallarda məlumatsızlıq və ya unutqanlıq səbəbindən öz öhdəliklərini vaxtında icra etməyən vergi ödəyicilərinin daha səmərəli məlumatlandırılması həyata keçiriləcək.

Eyni zamanda, bu xidmət vergi öhdəliklərini vaxtında yerinə yetirməyəcəyi, bəyannamələri vaxtında və ya düzgün təqdim etməyəcəyi ehtimal olunan və Vergi Məcəlləsinə əsasən ödəyicisi olduğu vergi növlərində uyğunsuzluqlar olan vergi ödəyicilərinin sayının azaldılmasına kömək edəcək.

Hazırda Vergilər Nazirliyinin Çağrı Mərkəzində qeyd edilən funksiyanın tətbiqi ilə bağlı müvafiq qaydaların layihəsi hazırlanıb və təsdiqlənməsi ilə bağlı zəruri tədbirlər görülür.

Hazırda fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatın alınması üçün ərizənin göndərilməsi, fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması və bərpası, Asan imza İD-nin dəyişdirilməsi kimi xidmətlərin Çağrı Mərkəzi vasitəsilə həyata keçirilməsi üçün də texniki imkan yaradılıb, mövcud reqlamentlərə dəyişiklik edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişikliklərin edilməsi üçün layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib.

Cari ilin II rübündə sözügedən layihə çərçivəsində Çağrı Mərkəzi vasitəsilə kimliyi müəyyənləşdirildikdən sonra qanun çərçivəsində kommersiya (vergi) sirri təşkil edən məlumatların təqdim edilməsi xidməti test olunub və bu əməliyyatlar uğurla başa çatdırılıb. Sözügedən xidmətin göstərilməsində əsas məqsəd Çağrı Mərkəzinə müraciət edən, lakin, sualı kommersiya sirri təşkil edən məlumatlarla bağlı olduğundan tam cavab əldə edə bilməyən vergi ödəyicilərinin suallarının tam və ətraflı cavablandırılması və müraciət edən şəxslərinin məmnunluğunun təmin edilməsidir. Hazırda layihə çərçivəsində digər ərizələrin də Çağrı Mərkəzi vasitəsilə göndərilməsi imkanının yaradılması istiqamətində işlər davam etdirilir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!