USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azay Quliyev: “Köhnəlmiş nüvə reaktorları işlədən dövlətlər regional təhlükəsizlik barədə də düşünməlidirlər”

Qazaxıstanın paytaxtı Astana şəhərində “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfrans keçirilir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qatıldığı tədbirdə 51 ölkə və 20 beynəlxalq təşkilatdan 1000 nəfər iştirak edir.

ASAN Radio xəbər verir ki, bu gün konfransın plenar iclasında çıxış edən ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bir sıra mühüm məsələlərə toxunub.

A.Quliyev bildirib ki, ATƏT PA dünyanın nüvə silahı təhlükəsizliyinin təmin olunmasında bu konfransın mühüm rolunu tam dəstəkləyir.

ATƏT PA-nın vitse-prezidenti nüvə silahsızlaşdırılması qlobal hərəkatında digər liderlərin dəstəyi üçün Qazaxıstan Prezidenti tərəfindən mükafat təsis edilməsi ilə bağlı sessiyada səslənən ideyanı dəstəklədiyini bildirib.

Çıxışda qeyd olunub ki, nüvə silahının yayılmaması haqqında müqaviləyə bütün dünya ölkələrinin qoşulması prioritet məsələdir. Qoşulmayan dövlətlər təxirəsalmadan müqaviləyə qoşulmalı, nüvə silahının əldə edilməməsi sahəsində beynəlxalq öhdəlikləri öz üzərlərinə götürməli və bütün nüvə fəaliyyətlərinə dair Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən tərtib edilən təlimatları icra etməlidirlər:

“Belə ki, xüsusən seysmik zonada yerləşən və köhnəlmiş nüvə reaktorları işlədən dövlətlər öz enerji təhlükəsizliyindən əlavə, regional təhlükəsizlik barədə də düşünməlidirlər. Bu xüsusda, silahlara nəzarət, sərhədlərin mühafizəsi (idarəçilik) və terrorçuluqla mübarizə sahəsində ATƏT-in əldə etdiyi böyük təcrübə qeyd olunan çağırışlara səmərəli tətbiq edilə bilər. ATƏT-in üzv ölkələri nüvə silahının yayılmaması haqqında ATƏT-in Afina Nazirlər Bəyannaməsi (2009) və Astana Bəyannaməsində (2010) kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması öhdəliklərini öz üzərilərinə götürdüklərini və 1540 saylı qətnamənin regional səviyyədə tətbiqinin asanlaşdırılması səylərinə dəstək olacaqlarını bir daha təsdiqləmişlər. Nüvə silahının yayılmaması məsələsi uzun müddətdir ki ATƏT-in parlamentarilərinin gündəmindədir. İki ay əvvəl Tbilisidə ATƏT PA-nın illik sessiyasında çoxtərəfli nüvə silahsızlaşdırılması üzrə BMT-nin töhfəsi ilə danışıqların gələn il başlanmasına öz dəstəyimizi bildirmişdik. Bu xüsusda, hökumətləri danışıqları aparmaq üçün nümayəndə heyətinə parlamentariləri də daxil etməyi çağırmışıq. Bu öz növbəsində, danışıqların gücləndirilməsinə və vacib razılıqların əldə edilməsinə gətirib çıxara bilər”.

Qeyd edək ki, Astanada keçirilən beynəlxalq konfrans son illər nüvə silahının qadağan olunması, regional əməkdaşlıq baxımından keçirilən ən böyük miqyaslı tədbirlərdəndir. Konfrans işini 31 avqustda yekunlaşdıracaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!