USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyənin ordu generalı: “İşğal altındakı Qarabağ torpaqları qeydsiz-şərtsiz millətimizə qaytarılmalıdır”

“Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir, biz bu şəkildə baxırıq. Ona görə də, 30 avqust eyni zamanda Azərbaycanın da zəfər bayramıdır. Əziz vətən torpaqlarının müvəqqəti də olsa, erməni işğalı altında qalması, əlbəttə ki, hamımızı fövqəladə dərəcədə narahat edir”.

ASAN Radio xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyə Quru Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı Ərdal Ceylanoğlu deyib.

Dörd dəfə Qarabağ bölgəsində olduğunu söyləyən general Azərbaycan ordusunun oradakı mövqelərinin hər dəfə daha çox gücləndiyinin şahidi olduğunu bildirib: “Qarabağı işğaldan azad etmək üçün azərbaycanlı qardaşlarımızın həyəcanını görmüşəm. İşğal altındakı əziz vətən torpaqları bir an əvvəl qeydsiz-şərtsiz millətimizə qaytarılmalıdır, haqsızlığın aradan qaldırılması üçün lazım olan barış mexanizmləri işlədilmirsə, onun aradan qaldırılması üçün başqa mexanizmlərin dövriyyəyə girməsi qaçılmaz olacaq. Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərək o torpaqlarda əbədi azadlıq tonqalı yandırıb, Heydər Əliyev “Bir millət, iki dövlət” deyərək qardaşlığımızı pərçimləyib. Bundan o tərəfə deyiləcək söz varmı?..”

Qeyd edək ki, ordu generalı Ərdal Ceylanoğlu 2010-cu ildə Türkiyə Quru Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib. Türk ordusuna qarşı təşkil edilmiş saxta “Balyoz” və “Ergenekon” əməliyyatlarına etiraz əlaməti olaraq 2011-ci ilin iyulunda Baş Qərargahın o vaxtkı rəisi, ordu generalı İşık Koşanər ilə birlikdə istefa verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!