USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İncəsənət və şahmat festivalinin iştirakçıları mükafatlandırılıb

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil etdiyi incəsənət və şahmat festivalı başa çatıb.

ASAN Radio xəbər verir ki, festivalda iştirak edən 23 rəssam şahmat fiqurlarını müxtəlif rənglərə boyayıb, onların üzərində maraqlı rəsmlər çəkib. Öz istedadlarına gücənərək kreativlik və şahmat ab-havası yaradan rəssamlar fiqurlarının incəsənət nümunəsinə çevrilməsinə nail olublar. Şahmat fiqurlarının üzərində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri, milli ornamentlər əksini tapıb.

Sonra Olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da həmin əsərlərdən ibarət sərgi təşkil edilib. Sərginin açılışında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər incəsənət və şahmat festivalının əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycan rəssamları kreativ əsərləri ilə 42-ci Ümumdünya Şahmat Olimpiadasında mədəniyyətimizin təbliği işinə layiqli töhfə verəcəklər.

Müəlliflərin hər biri ziyarətçilərə və media nümayəndələrinə əsərləri barədə ətraflı məlumat veriblər.

Festivalda iştirak edən 23 rəssama Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin sertifikatları təqdim olunub.

Sərgi Bakı Şahmat Olimpiadasının keçirildiyi günlərdə ziyarətçilər üçün açıq olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!