USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan diasporunun üzvləri Çanaqqala məzarlığını ziyarət ediblər

İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD-İstanbul) idarə heyətinin üzvləri Çanaqqala məzarlığını ziyarət ediblər.

Bu barədə ASAN Radioya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ziyarət zamanı heyət adından açıqlama verən təşkilatın sədri Səfər Qaraqoyunlu hər bir türkün şəhidlərin uyuduğu bu məzarlığı ziyarət etməsinin vacibliyini vurğulayıb. O, Çanaqqalanın şərəflə qazanılan zəfər, vətən torpaqlarını qorumaq üçün ayağa qalxan bir millətin azad yaşamaq eşqinin ibrətverici nümunəsi olduğunu söyləyib. Bildirib ki, tarixən müstəqil və azad yaşamağa alışmış türk milləti bu savaşda canı və qanı ilə torpağı uğrunda mübarizə apararaq qələbə qazanıb.

Çanaqqala zəfərinin tarixdə Türkiyə və türk dünyası üçün bir dönüş nöqtəsi olduğunu deyən S.Qaraqoyunlu savaşda şəhid olan Azərbaycan əsgərlərindən də danışıb. Vurğulayıb ki, qeyri-rəsmi rəqəmlərə görə, Qafqazdan və Azərbaycandan 18 min insan könüllü şəkildə Çanaqqala döyüşlərinə qatılıb və rəsmi statistikaya əsasən onlardan 3 mini şəhid olub.

Qeyd edək ki, avqustun 30-u Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. 1922-ci ildə İstiqlal savaşı gedən Türkiyədə Mustafa Kamal Atatürkün başçılıq etdiyi ordu düşmən qüvvələrini məğlub edib və həmin gün tarixə Çanaqqala zəfəri kimi yazılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!