Bu gün sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar Azərbaycan hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycanın müvafiq diplomatik nümayəndəliklərində, ya da konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi üçün ayrılan müddət başa çatır.
ASAN Radio xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Xarici İşlər Nazirliyinin təqdimatı əsasında səsvermə gününə ən azı 25 gün qalanadək Azərbaycan hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycanın müvafiq diplomatik nümayəndəliklərində, ya da konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır.
Konstitusiyaya təklif edilmiş əlavə və dəyişikliklərlə əlaqədar bu müddət sentyabrın 1-dək olan dövrü əhatə edir. Sabah səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi, o cümlədən məntəqə seçki komissiyaları tərəfindən referendum günü səsvermənin yeri və vaxtı barədə kütləvi informasiya vasitələri və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi üçün ayrılan müddət də sabah başa çatır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!