USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" layihəsinə start verilib

ASAN Radio Müdafiə nazirliyinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrdə "Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!" devizi altında silsilə tədbirlər aylığına start verilib.

Şəmkirdəki "N" saylı hərbi hissədə keçirilən ilk tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb, Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Hər bir komandir, şəxsi heyətlə iş üzrə zabit yaxşı bilir ki, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsil vətəndaş, əsil döyüşçü yetişdirmək mümkün deyil. Dünya ölkələrinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək yaxşıdır. Ancaq mənsub olduğun xalqın soykökünə, milli-mənəvi dəyərlərinə biganə yanaşdınsa, bu, əsil fəlakətdir. Çünki bu dəyərlər hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının milli kimliyidir.

Qeyd olunub ki, uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan Azərbaycan əsgərinin aprel döyüşlərindəki zəfərinin əsas amillərindən biri də şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması idi. Bu isə Silahlı Qüvvələrdə tərbiyə işində milli-mənəvi dəyərlərə geniş yer verilməsinin nəticəsidir.

Dini radikalizm isə bu gün bəşər üçün ən böyük təhlükə mənbəyidir və separatizmə, terrorizmə aparan faciəvi yolun başlanğıcıdır. Heç bir ölkə və xalq dini radikalizmdən siğortalanmayıb. Odur ki, dini radikalizmə qarşı mübarizədə hər bir şəxs, eləcə də hərbi qulluqçular daim ayıq-sayıq olmalı, təsirlərə düşməməli və bu yolun həm özləri, həm ailələri, həm də vətəndaşı olduqları dövlət üçün təhlükəli olduğunu dərk etməlidirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünyanın bir çox ölkələrində iqtisadi, siyasi, hərbi böhran yaşandığına baxmayaraq, Azərbaycanda sabitlik və əmin-amanlığı, əhalinin sosial həyat tərzinin gündən-günə yaxşılaşmasını, ordu quruculuğunun sürətlə inkişafını, xalqların dostluq və qardaşlıq şəraitində yaşamasını, din və söz azadlığını ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Müdafiə Nazirliyinin yeni layihəsi də öz müsbət bəhrəsini verəcək, şəxsi heyətin milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Fitnə" sənədli filminə kütləvi baxış olub və tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər.

Tədbirin sonunda qonaqlar əsgəri xidmət üçün yaradılan şəraitlə tanış olub, əsgər və zabitlərlə görüşüb, hərbi hissədən xoş təəssüratla ayrılıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!