USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezidentin köməkçisi: “Referendumu ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır”

“Bu ilin oktyabr ayında Azərbaycanda ölkə müstəqilliyinin 25-ci ili qeyd olunacaq. Bu müddətdə Azərbaycan xeyli inkişaf edib”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

Ə.Həsənov xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına iki dəfə dəyişiklik edilib: “Bu, 2002 və 2003-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə üçüncü dəyişikliyin edilməsi üşün Referendum Aktı layihəsi təqdim olundu. Qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir”.

Ə.Həsənov vurğulayıb ki, 2016-cı il "islahatlar ili" elan edilib.

Prezidentin köməkçisi bildirib ki, Referendum Aktını ölkədəki islahatların davamı kimi qiymətləndirmək lazımdır: “Dəyişikliklər dövlət orqanlarının fəaliyyətlərini daha da təkmilləşdirilməsinə xidmət edir. Demokratik ölkələrdə insanları səsvermə prosesinə hazırlamaq ciddi məsələdir. Bu məsələdə dövlət orqanlarının və medianın rolu böyükdür”.

O bildirib ki, referendumun təşviqat prosesində medianın rolu “KİV haqqında” qanunda və Mərkəzi Seçki Komissiyasının təlimatlarında əksini tapıb: “Təkcə jurnalist vəsiqəsi kifayət edir ki, səsverməni izləsinlər. Medianın da işi ondan ibarətdir ki, tərəflərə bərabər şərait yaratsın. Media tam müstəqil olmalıdır. Biz mediaya tərəfdaş kimi, milli maraqlarımızın müdafiəçisi kimi yanaşırıq. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi media orqanlarında referendumla bağlı həqiqətə uyğun olmayan materiallar yerləşdirilir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!