USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib

Sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

ASAN Radionun məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, artıq bu tədbirdə iştirak edəcək idmançıların, qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanması və otellərdə yerləşdirilməsinə başlanılıb. Milli Gimnastika Arenasında keçiriləcək açılış mərasimindən sonra “Baku Cristal Hall”da davam edəcək yarışın iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın mərkəzində yerləşən otellərdən yarışın keçiriləcəyi arena istiqamətində onların yol polisi tərəfindən müşayiəti təmin olunacaq.

Bunu nəzərə alaraq Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi sürücülərə, avtomobil sahiblərinə və əhaliyə müraciət edərək bildirir ki, yarışın ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq mərkəzi küçələrdə, xüsusilə otellərin yerləşdiyi ərazilərdə, eləcədə həmin ərazilərə bitişik küçə, prospekt və yollarda şəxsi avtomobillərdən az istifadə etsinlər. Əsasən paytaxtın Azadlıq, Neftçilər prospektləri, Zərifə Əliyeva, Rəsul Rza, Üzeyir Hacıbəyli küçələrində, “Azneft dairəsi”, Azadlıq meydanı, Bayraq Meydanı istiqamətlərində və həmin ərazilərə paralel, bitişik küçələrdə diqqətli olsunlar.

Bununla yanaşı, paytaxtın mərkəzi hissəsində yerləşən otellər, onlara bitişik küçə və yollarda da təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!