USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş pediatr: “Azərbaycanda doğum göstəricisi ölüm göstəricisini iki dəfə qabaqlayır”

“1993-cü illə müqayisədə ölkə üzrə körpə ölümü göstəricisi üç dəfəyə yaxın azalıb”.

ASAN Radio xəbər verir ki, bunu baş pediatr Nəsib Quliyev K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən tədbirdə deyib. O bildirib ki, əgər 1993-cü ildə hər 1000 nəfər diri doğulana ölüm göstəricisi 28,2 promilli təşkil edirdisə, 2005-ci ildə bu göstərici 12,7 promilliyə, 2014-cü ildə isə 10,2 promilliyə qədər azalıb.

Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar: “Qızılca və məxmərək xəstəliyinin ölkə səviyyəsində ləğv edilməsinə görə Azərbaycan 53 Avropa ölkəsi içərisində birinci onluqda yer alıb. Hazırda su çiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür”.

2012-ci ildə Azərbaycanda 176 400 uşağın doğulduğunu söyləyən N. Quliyevin sözlərinə görə, 2012-ci ildən bu rəqəm 170-175 min arasında dəyişir: “2016-cı il iyulun 1-nə olan rəqəmlərə əsasən hazırda Azərbaycan əhalisinin sayı 9 milyon 755 min 500 nəfərdir. Əhalin sayı il ərzində orta hesabla 1% artır. Eyni zamanda, Azərbaycanda doğum göstəricisi ölüm göstəricisini 2 dəfə qabaqlayır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!