USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Referendumqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" seminar-müşavirəsi keçirilib

Bu gün Bakıda Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar-müşavirə keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-da keçiriləcək referendumla bağlı tədbirlər planının hazırlandığını və ona uyğun tədbirlərin davam etdirildiyini, artıq 3 təşviqat qrupunun qeydiyyatdan keçdiyini, səlahiyyətli şəxslərin təsdiq olunduğunu qeyd edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan müdtəqillik illərində seçki və referendumların keçirilməsi ilə bağlı böyük təcrübə əldə edib. 1991-ci ildən indiyədək Azərbaycanda 6 dəfə prezident, 5 dəfə parlament, 4 dəfə bələdiyyə seçkisi, 5 dəfə ümumxalq səsverməsinin keçirildiyini deyən Ə.Həsənov əlavə edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz 1995-ci il noyabr 12-ə təyin olunmuş 3-cü referendumda qəbul edilib. Ötən dövrdə Konstitutsiyaya zəruri dəyişikliklərin edilməsi 2002, 2009-cu illərdə referendum yolu ilə baş verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyaya 3-cü dəfə dəyişikliyin edilməsi məqsədilə təşəbbüs irəli sürdüyünü xatırladan Ə.Həsənov qonşu ölkələrin Konstitusiyalarında da bir sıra dəyişikliklərin edildiyini xatırladıb: "Sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır. 2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş vetən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir. Konstitusiyaya 23 maddənin dəyişiklik edilməsi, 6 maddə əlavə edilməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklər və əlavələrə əsasən, yaradılması nəzərdə tutilan vitse-prezidentlik institutu xüsusilə iqtisadi və siaysi islahatların davamlılığını, qəbul olunmuş qərarların operativ və tam həcmdə icrasını təmin etmək üçün optimal idarəçilik mexanizmi kimi düşünülüb. Bu yeni təsisat dövlət idarəçiliyini pezidentin həyata keçirdiyi islahatlara sütətlə uyğunlaşdırmaq zərurətindən irəli gəlib. Dəyişikliklərin mühüm hissəi insan hüquq və azadlıqları ilə bağlıdır. "Şübhəsiz ki, seçkili və təyinatlı vəzifələr üçün müəyyənləşdirilmiş aşağı yaş senzinin aradan qaldırılması dövlət idarəçiliyində gənclərin daha geniş təmsil olunmasını, vətəndaşların seçib-seçilmək hüququnu sərbəst şəkildə reallaşdırmasına imkan yaradır".

Ə.Həsənov deyib ki, MSK referendumun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

MTRŞ sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycanda bundan öncəki seçkilərdə təşviqat aparılması prosesində hər hansı ciddi problem ortaya çıxmayıb və referendumqabağı təşviqatda da hər hansı problem yaranmayıb.

O, telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan söz açıb: "Ödənişsiz efir vaxtı yalnız İTV üçün nəzərdə tutulub və efir vaxtının bölünməsi püskatma yolu ilə həyata keçirilir. Həmin efir vaxtının ödənişi dövlət büdcəsi hesabına həyata keçirilir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!