Sentyabrın 8-də Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında Dağlıq Qarabağ məsələsinin tənzimlənməsinə dair məsləhətləşmələr aparılması planlaşdırılır.
ASAN Radio xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə Moskvada keçirilən növbəti brifinqdə məlumat verib.
Bildirilib ki, məsləhətləşmələrdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair mayın 18-də Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş sammitlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin gedişinə və birgə iş perspektivlərinə xüsusi diqqət yetiriləcək.
M.Zaxarova deyib ki, “söhbət Moskvada, Vaşinqtonda və Parisdə müntəzəm keçirilən planlı məsləhətləşmələrdən gedir. Bu tədbirin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində üç ölkənin səylərini əlaqələndirməkdir”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!