USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: "O vaxt Azərbaycan rəhbərliyində yalnız bir nəfər "Şahdəniz”lə bağlı müqaviləyə etiraz edirdi"

“Şahdəniz” layihəsi imzalananda bəziləri buna etiraz edirdi. O zaman Heydər Əliyev müşavirə keçirdi, bizi də dəvət etdi. Xoşbəxt Yusifzadə, mən ARDNŞ-in vitse-prezidenti kimi o müşavirədə iştirak etdik. Heydər Əliyev hər birimizə söz verdi ki, doğurdanmı bu sazişi imzalamamalıyıq? Azərbaycan rəhbərliyində bir nəfər "Şahdəniz” layihəsi ilə bağlı müqavilənin imzalanmasına etiraz edirdi. O şəxs də çoxdan Azərbaycandan qaçıb gedib. O etirazın da səbəbi indi bəlli olur. Onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi".

ASAN Radio xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra zavod kollektivi ilə görüşdə deyib.

Prezidentin sözlərinə görə, həmin şəxs o vaxt “Şahdəniz” layihəsinin əleyhinə çox böyük kampaniya açıb: "Milli Məclisdə bəzi öyrədilmiş deputatlar, hökumətdə bəziləri bunun əleyhinə çıxmağa başlamışdılar. Heydər Əliyev yaxşı bilirdi ki, “Şahdəniz” layihəsini mütləq imzalamalıyıq. Ancaq Heydər Əliyev məsələni müzakirə etmək üçün bizim hamımızı müşavirəyə dəvət etdi. ARDNŞ-in bütün rəhbərləri, hökumət üzvlərini və Milli Məclis rəhbərliyini dəvət etdi, dedi ki, buyurun, sizin iradınız nədir? “Şahdəniz” layihəsinin əleyhinə heç bir arqument ortaya qoyulmadı. Biz hamımız durub sözümüzü dedik ki, mütləq “Şahdəniz” layihəsi imzalanmalıdır. Çünki bu, Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Həyat da bunu sübut etdi. O zaman müşavirədə təcrid olunmuş vəziyyətdə qalan fərd - beldə desəm, daha düzgün olar - çox məyus oldu və iclası tərk etdi. Bu müşavirədən 2-3 ay sonra Azərbaycandan da həmişəlik getdi. Yəni “Şahdəniz” layihəsinin ərsəyə gəlməsi o qədər də asan olmayıb. O şəxs bu layihənin Azərbaycana xeyir gətirəcəyini başa düşmürdümü? Başa düşürdü, sadəcə, istəmirdi ki, Azərbaycan inkişaf etsin. İstəyirdi ki, vəziyyət pisləşsin, sonra tutduğu vəzifədən də böyük vəzifə əldə etsin. Ancaq “Şahdəniz” layihəsi bu gün göz qabağındadır, 10 minlərlə Azərbaycan vətəndaşı işləyir, əsərlər yaradır. Azərbaycan dünya miqyasında daha da əhəmiyyətli ölkəyə çevrilir. Ölkəyə böyük həcmdə valyuta gəlib və gələcək”.     

Prezident İlham Əliyev bildirib ki, “Şahdəniz-2” layihəsinin işə salınması nəticəsində əlavə 16 milyard kubmetr qaz ixrac ediləcək: “Şahdəniz” layihəsi olmasaydı, heç kim “Abşeron”, “Ümid” yatağına sərmayə qoymazdı. Kim 3 min 500 km boru xətti çəkər, kim 45 milyard dollar sərmayə qoyardı? Əgər 1996-cı ildə Azərbaycanın düşmənlərinin, ölkəmizə, dövlətçiliyimizə xəyanət etmiş insanların mövqeləri üstünlük təşkil etsəydi, bunların heç bir olmayacaqdı”.

Qeyd edək ki, “Şahdəniz” layihəsinə qarış çıxan şəxs həmin dövrdə Milli Məclisin sədri olan Rəsul Quliyev olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!