USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ünvanlı dövlət sosial yardımı poçt şöbələrindən almaq mümkün olacaq 

Azərbaycanda vətəndaşlar ünvanlı dövlət sosial yardımı almaq üçün poçt şöbələri vasitəsilə də müraciət edə biləcəklər. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2016-cı il fevralın 1-ə Azərbaycanda 105,5 min nəfər ünvanlı sosial yardım alır: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzlərində 15,94 müraciət var. Bununla əlaqədar nazirlikdə 6 səyyar qrup yaradılıb və onlar rayonlara ezam edilib ki, bütün bu müraciətlərə ayın sonunadək baxılsın".

S.Müslümov əlavə edib ki, əvvəllər ailənin orta aylıq gəlirlərinin yarısından çoxu bankda kredit borcunun ödənilməsinə ayrılırdısa, bu ailəyə ünvanlı dövlət sosial yardımı verməkdən imtina edilirdi: "İndi isə bu məhdudiyyətlər götürülüb. Bundan başqa, əgər əvvəllər ailənin üzvü ödənişli təhsil müəssisələrində oxuyurdusa və 12 ay ərzində ailə onun təhsilinə minimum əmək haqqını 10 dəfə üstələyən məbləğ ödəyirdisə, bu ailəyə də ünvanlı dövlət sosial yardımı verməkdən imtina edilirdi. Bu məhdudiyyətlər də bir şərtlə ləğv edilib. Şərtə əsasən, bu ailənin gəlirləri ünvanlı dövlət sosial yardımının hesablanması zamanı nəzərə alınacaq".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!