USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyev: "Masallıda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq"

"Mən demək olar ki, hər il Masallıda oluram. Masallının inkişafı üçün önəmli addımlar atılmışdır. Rayonda infrastruktur, sosial infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri icra edilir".

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Masallıda "ASAN xidmət" mərkəzində əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

"Bu gün Masallıda içməli su layihəsinin açılışını qeyd edəcəyik. Yadımdadır, dörd il bundan əvvəl layihənin təməlqoyma mərasimində iştirak etmişəm və şadam ki, artıq bu layihə hazırdır. Bu, Masallı şəhərinin və bəzi kəndlərin sakinlərini təmiz içməli su ilə təmin edəcək. Bu, doğrudan da böyük tarixi layihədir. Çünki siz bunu yaxşı bilirsiniz, su Masallı üçün həmişə çox ciddi problem olmuşdur", - deyə prezident qeyd edib.

Ölkə başçısı əlavə edib ki, Masallıda qazlaşdırma layihələri də uğurla gedir: "Yadımdadır, mənim ilk səfərlərimdə vətəndaşlar daha çox bu məsələni qaldırırdılar, şikayət edirdilər. İndi isə qazlaşdırma Masallıda təxminən 80%-ə çatıb və görüləcək əlavə tədbirlər nəticəsində biz bunu 90%-ə qaldıracağıq. Yəni, bu problem də aradan götürülür".

Prezident deyib ki, Bakı-Astara-İran sərhədi magistral yolunun tikintisi də davam edir: "Onun Lənkəran-Masallı hissəsi demək olar ki, hazırdır. Bununla bərabər, Masallı rayonunda bir neçə kənd layihəsi icra edilib və onlarla kəndi birləşdirən yollar tikilib, istifadəyə verilib, bu proses davam etdiriləcək. Bütün kəndlərə gedən yollar abad olmalıdır. Bu istiqamətdə işlər aparılır. Bu zonada Olimpiya Mərkəzi yerləşir. Yadımdadır, 2007-ci ildə bu mərkəzin açılışını qeyd etmişik. Masallıdakı Mərkəz ilk tikilən Olimpiya mərkəzlərindən biridir.  Mən həmişə çalışırdım ki, Masallı rayonunun inkişafına böyük diqqət göstərilsin. İndi sosial infrastruktur layihələri icra edilir. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Bu, 240 çarpayılıq xəstəxanadır".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!