USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda zəncirvari qəza: yaralılar var

Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə  yüklü "KamAZ"a arxadan çırpılıb. Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin  (FHN) xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək FHN-nin 6 əməkdaşını vurub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, yaralılar 28 yaşlı Vüsal Şabanov, 58 yaşlı Ramiz Şüvərxanov, 46 yaşlı Ziyəddin Yəhyayev və Xətai Məmmədovun vəziyyəti qənaətbəxşdir. Həyatları üçün təhlükə yoxdur. Daha iki yaralı isə ambulator müalicəyə buraxılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!