Avropa Klublar Assosiasiyası (ECA) üzvlərinin tərkibində yenilənmə baş verib. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərinin sayı 3-ə enib.
Bu, "Xəzər Lənkəran"ın da üzvlükdən kənarlaşdırılmasından sonra baş verib. Ötən il isə "Bakı" ECA-dan çıxarılmış, yerini "Qarabağ" tutmuşdu. Hər iki klub artıq Azərbaycanın peşəkar futbol liqalarında təmsil olunmur.
Qitə klublarını birləşdirən qurumda hazırda "Qarabağ" fövqəladə, AZAL və "Neftçi" isə assosiativ üzvdür.
Qeyd edək ki, ECA-nın ümumilikdə 53 milli assosiasiyadan 220 üzvü var.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!