Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana gələcək.
APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, bu barədə büronun sentyabrın 5-də Parisdə keçirilən iclasında qərar qəbul edilib. Məlumata görə, AŞPA-nın Azərbaycanda keçiriləcək referendumla bağlı hər siyasi qrupdan 1 nəfər və Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyasının yaradılmasına qərar verilib.
Missiyanın üzvlərini və rəhbərini AŞPA prezidenti təyin edəcək. Missiyanın Azərbaycana səfərinin tarixi hələlik məlum deyil.
Qeyd edək ki, büro iclasında Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyinin öyrənilməsi barədə də qərar qəbul edilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!