USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: "Azərbaycan Türkiyənin yanındadır, bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə birmənalı dəstəyini ifadə edir"

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin görüşündə çıxış edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, nazir çıxışında Avropa Şurasının təsisçi üzvlərindən biri olan Türkiyəyə qarşı baş vermiş çevriliş cəhdindən sonra Türkiyə xalqı və dövləti ilə tam həmrəy olduğumuzu nümayiş etdirmək üçün bu gün bir araya gəlmək imkanı təmin edən və bu iclası təşkil edənlərə təşəkkür edib.

 

"Azərbaycan lap əvvəldən qardaş Türkiyədə konstitusiya və demokratik əsaslara qarşı bir qrup tərəfindən törədilmiş bu cinayəti şiddətlə qınamış və ciddi narahatçılığını ifadə etmişdir. Türkiyə Xalqı və Dövləti ilə tam həmrəy olduğumuzu bir daha bildirməklə, biz Türkiyə Xalqı və Dövlətinin birliyi ilə vəziyyətin tam sabitləşəcəyinə əminliyimizi ifadə etdik. Təəssüf ki, çevriliş cəhdi çoxsaylı insan itkisinə səbəb oldu. Fürsətdən istifadə edərək bu cinayətin qarşısının alınması zamanı həyatını qurban vermiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə baş sağlığı verirəm.

 

Türkiyə regionda və region hüdudlarından kənarda sülh və davamlılığın genişlənməsində və qorunmasında vacib rol oynayır və bu səbəbdən onun özünün sabitliyi bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Türkiyə ilə xalqlarımız və dövlətlərimizin niyyətinə və bölüşdüyümüz birgə dəyərlərə əsaslanan möhkəm strateji tərəfdaşlığa malikdir. Buna görə də təbii olaraq qardaş millətin qanuni hökumətinə qarşı zorakı çevriliş cəhdi bizim cəmiyyətdə böyük təlaş yaratdı.

 

Biz çevriliş cəhdini açıq şəkildə qınadığına, eləcə də Türkiyə rəhbərliyinə dəstək ifadə etmək və Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədilə faciəvi hadisələrdən sonra Türkiyəyə səfər etdiyinə görə Estoniyanın Sədrliyini təqdir edirik. Bu addımlar təkcə Türkiyədəki qanuni hakimiyyəti dəstəkləmək üçün deyil, həmçinin təşkilatın tərəfdar olduğu ümumi dəyərləri müdafiə etmək üçün vacib idi.

 

Biz inanırıq ki, bu mühüm siyasi dəstək Avropa Şurasının sərəncamında olan dəyərli mexanizmlər və vasitələrlə çevrilişdən sonrakı dövrdə Türkiyəyə lazım olacaq yardımı təmin etməklə davam etdiriləcəkdir. Avropa Şurası şübhəsiz bu prosesdə konstruktiv və mühüm rol oynaya bilər. Türkiyə beynəlxalq birliyin  üzvlərinin tam və birmənalı dəstəyindən yararlanmalıdır. Bizim Türkiyənin demokratik əsaslarına yönələn hədələrə qarşı Türkiyənın yanında olmaq öhdəliyimiz vardır.    

 

Hökumətim adından vurğulamaq istərdim ki, Azərbaycan Türkiyənin yanındadır və onun bütün daxili və beynəlxalq fəaliyyətində Türkiyə hökumətinə öz birmənalı dəstəyini ifadə edir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!