USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Saxta əmtəə nişanı adı altında yuyucu vasitələr istehsal edən sex aşkar edilib

Vergilər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində aparılan vergi nəzarəti tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərini pozmaqla saxta əmtəə nişanlı yuyucu vasitələrinin istehsalı ilə məşğul olan sex aşkar edilib.

 

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, fiziki şəxs Abdullayev Elməddin Fazil oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində “FRESH” və “ONEX” adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq, müxtəlif ticarət obyektlərinə daşınması və satışa çıxarılması, eləcə də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin (kontraktı) bağlanmadığı müəyyən edilib. Vergi ödəyicisinin anbarından ümumi satış qiyməti 2784 manat olan 0,5, 1 və 4 litrlik qablarda 6416 ədəd yuyucu məhsul aşkarlanıb.

 

Əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb etdiyinə görə vergi ödəyicisi barəsində müvafiq akt tərtib edilib və “qara mühasibatlıq” sənədləri götürülüb.

 

Araşdırma zamanı Elməddin Abdullayevin vergi ödəyicisi kimi 09.12.2013-cü il tarixdə qeydiyyatdan keçdiyi, lakin fəaliyyət göstərdiyi istehsal sexini təsərrüfat subyekti kimi qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

 

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcəkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!