USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan prezidenti Yalama Aqroparkının açılışında iştirak edib

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

 

İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlər barədə məlumat verib. Bildirilib ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

 

Prezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. Ş. Mustafayev bildirib ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsal və emal müəssisəsi olmaqla, ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon manat, həmçinin 1980-dək sahibkara 19 milyon manatdan çox kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb.

 

Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış olub.

 

Bildirilib ki, təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.

 

Dövlət başçısı aqroparkın ərazisindəki yem zavodunu işə salıb.

 

Zavodda istehsal olunan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Arpa zəmilərində biçin başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib.

 

Rentabelliyin təmin edilməsi məqsədilə arpa sahələrinin 155 hektarında ikinci əkin olaraq silosluq qarğıdalı səpilib.

 

Bildirilib ki, dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə avtomobil zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.

 

Aqroparkda çalışanlar üçün hər cür şərait yaradılıb, 40 çarpayılıq yataqxana, yeməkxana və ofis binası inşa edilib, ərazi abadlaşdırılıb və geniş yaşıllaşdırma işləri görülüb.

 

Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Süd emalı zavodunda kərə yağı, quru süd və pendir istehsal olunacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur. İkinci mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyindən də istifadə ediləcək.

 

Süd zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar daxili bazara çıxarılmaqla bərabər, xarici ölkələrə də ixrac ediləcək. Aqroparkda 150 nəfər çalışır və layihələrin icrası nəticəsində 300-dən artıq yeni iş yeri yaradılacaq.

 

Aqroparkla tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Sonda xatirə şəkli çəkdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!