USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Gənc polislər and içdilər

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasına yeni qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş müdavimlərin andiçmə mərasimi keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra müdavimlər sıra meydanında öz yerlərini tutaraq polis andı içiblər.

 

Kursant Mübariz Ağayev müdavimlər adından çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir. Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev polis andını qəbul edən müdavimlərə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını çatdırıb, onlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Ali Baş Komandan İlham Əliyevin inamla davam etdirdiyi dövlətçilik ənənələrinə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi tövsiyə edib.

 

Andiçmə mərasimi təntənəli keçidlə başa çatıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!