USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı yol polisindən Bilik günü müraciəti

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bilik günü ilə bağlı sürücülərə müraciət edib.

 

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, yol polisi yeni dərs ilinin başlanması ilə əlaqədar valideynlərə şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edir: “Təcrübədən görürük ki, yeni dərs ilinin başlanması ilə əlaqədar kiçik yaşlı uşaqların məktəbə müşayiəti zamanı bir neçə nəqliyyat vasitəsindən istifadə edilir. Bilik günü birinci sinfə gedən uşaqlarla yanaşı, məktəbə onlarla ata-ana, nənə-baba, dayı-xala, əmi-bibi və digər yaxın qohumları da gəlirlər. Bir azyaşlı ilə bir neçə avtomobilin hərəkət etməsi həmin məktəbin ətrafında süni sıxlığın və tıxacların yaranmasına gətirib çıxarır. Bu da digər hərəkət iştirakçılarında narahatlığa və haqlı narazılığa səbəb olur. Artıq belə halların qarşısının alınması məqsədilə yol polisləri tərəfindən daha ciddi və güzəştsiz tədbirlər görüləcək”.

 

Bölmə rəisi təhsil müəssisələrinin yaxınlığında yolun hərəkət edən hissəsində avtomobillərini saxlayanlara müraciət edib. O qeyd edib ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq hərəkətə mane olan sürücülər qanun çərçivəsdində cəzalandırılacaqlar.

 

V.Əsədovun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq, şəhər ərazisindəki bütün təhsil müəssisələri nəzarətə götürülüb, gücləndirilmiş iş saatı ilə xidmət aparılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!