USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vaqif Əsədov: Bu gün Bakıda xəsarətlə nəticələnən yol qəzası olmayıb

Bilik Günü ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələri ətrafında və digər ərazilərdə sıxlığın qarşısını almaq üçün xidməti davam etdirirlər.

ASAN Radio xəbər verir ki, bunu DİN Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, səhər saat 07:30 radələrindən etibarən yol polisi əməkdaşları təhsil müəssisələrini və ətraf ərazidəki avtomobil yollarını, piyada keçidlərini nəzarətdə saxlayır: "Hələlik paytaxt ərazisində tıxac yaranmayıb, yol polisləri yol ayrıcları və piyada keçidlərinə nəzarəti davam etdirir. Paytaxtda cüzi sıxlıq yalnız təhsil müəssisələrinin ətrafında baş verir. Bu da gözləniləndir. Hazırda yol polisi əməkdaşları paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, insanların rahat hərəkəti üçün tədbirlərini davam etdirirlər".

V.Əsədov qeyd edib ki, hələlik paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verməyib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!