USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 490 nəfər ölüb

2016-ci ilin 8 ayı ərzində respublika ərazisində 1331 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

ASAN Radio Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, nəticədə 490 nəfər ölüb, 1409 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 128 fakt (8,8%), ölənlərin sayı 93 nəfər (16%), xəsarət alanların sayı 123 nəfər (8%) azalıb.

Bu ilin 8 ayı ərzində Bakı şəhəri ərazisində 440 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bunların nəticəsində 118 nəfər ölüb, 463 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 99 fakt (18,4%), 35 nəfər (22,9%), 124 nəfər (21,1 %) azalıb.

 

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 39,5%-i (527 hadisə, 193 ölüm, 579 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 22,8%-i (304 hadisə, 132 ölüm, 282 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (26 hadisə, 12 ölüm, 28 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 40,4%-ni (539) piyadaların vurulması təşkil edib ki, nəticədə 195 piyada həlak olub, 394-ü yaralanıb.

 

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 35 nəfər uşaq və yeniyetmə ölüb, 124 nəfər xəsarət alıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!