USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ABŞ Azərbaycanın insan alverinə qarşı mübarizədə səylərini yüksək qiymətləndirir

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə insan alveri ilə mübarizə mövzusunda tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə ABŞ-ın ölkəmizdəki səfirinin müavini Uilyam Gil, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə və monitorinq üzrə məsul nümayəndəsi xanım Heyli Sands Rayt, Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev, QHT rəhbərləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Uilyam Gil insan alverinə qarşı mübarizənin önəmini vurğulayaraq deyib: “İnsan alveri elə bir təhdiddir ki, o, sərhəd tanımır. Bu sahədə tərəfdaşlıq çox vacibdir. 2016-cı ilin martında səfirlik və Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə beynəlxalq konfrans təşkil edilib. Konfrans çərçivəsində hüquq mühafizə orqanları və müxtəlif şəxslərin birgə fəaliyyətlərinin koordinasiyası həyata keçirilib. ABŞ-ın Azərbaycanda reallaşdırdığı proqramlardan biri məhz insan alverinə qarşı mübarizəyə yönəlib. Birləşmiş Ştatların da dəstəyi ilə Azərbaycanda insan alveri qurbanları üçün sığınacaqların yaradılması və oradakı insanların əmək qabiliyyətlərinin artırılması istiqamətində addımlar atılıb."

Sonra çıxış edən Heyli Sands Rayt bildirib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində bir sıra uğurlar əldə edib və bu, yüksək qiymətləndirilir. Sıx tərəfdaşlıq üçün təşəkkür edən Heyli Sands Rayt Azərbaycanla bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı qanunun qəbul edilməsindən və bu istiqamətdə görülən işlərdən danışan polis general-mayoru Şərif Əsədullayev qeyd edib ki, ölkəmiz bu sahədə ABŞ ilə əməkdaşlığa önəm verir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!