USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirakı planlaşdırılır

Sentyabrın 19-da ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Dövlət Miqrasiya Xidmətindən ASAN  Radioya bildiriblər ki, BMT Baş Assambleyası prezidentinin sədrlik edəcəyi görüşün keçirilməsində məqsəd qaçqın və miqrantların böyük axınının aradan qaldırılması sahəsində daha humanist və əlaqələndirilmiş yanaşmanın formalaşdırılması üçün ölkələrin bir araya gətirilməsidir.

Plenar iclas və altı interaktiv “dəyirmi masa” formatında keçiriləcək görüşdə bir sıra dövlət və hökumət başçılarının, nazirlərin, elmi-tədqiqat mərkəzlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı gözlənilir.

“Dəyirmi masa”larda böyük qaçqın axınlarının qarşısının alınması, miqrasiya, xüsusilə böyük miqrant axınlarının səbəblərinin aradan qaldırılması və digər bu kimi vacib məsələlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan nümayəndə heyəti rəhbərinin çıxışı nəzərdə tutulur. Müzakirələrin yekunu olaraq iştirakçılar tərəfindən Bəyannamənin qəbul edilməsi planlaşdırılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!