USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
XİN "Euronews" kanalının əməkdaşlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərini şərh edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Euronews" kanalının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar İnsider proqramında hazırladığı verilişi və işğal olunmuş Azərbaycan ərazilərinə səfərini şərh edib.

ASAN Radionun məlumatına görə, H. Hacıyev bildirib ki, verilişdə bir sıra təhriflərə və yanlışlıqlara yol verilsə də, qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin vəziyyəti və münaqişə ilə bağlı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının da baxışları əksini tapıb: "Xocalı soyqırımını yaşamış məcburi köçkünlərlə jurnalistin görüşü baş tutsa da, təəssüf ki, verilişdə onların baxışlarına yer verilməyib.

Amma qeyd etmək lazımdır ki, bu proqramın hazırlanması prosesində "Euronews" kanalının beynəlxalq məsələlər üzrə müxbiri Valerie Gauriat və operatoru Bruno Lappierre Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini və ölkəmizin qanun və qaydalarına hörmət və riayət etdiklərini bildiriblər. "Euronews" nümayəndələri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər niyyətinin separatizmin hər hansı formasının və ya işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni rejimin təbliğinə və ya qanuniləşdirilməsinə xidmət etmədiyini ifadə ediblər. Bu minvalla, onlar "Euronews" kanalının İnsider proqramı üzrə çəkiliş aparmaq üçün işğal olunmuş Azərbaycan ərazilərinə səfər məqsədilə ölkəmizin icazəsini və müvafiq akkreditasiyasını xahiş ediblər.

"Euronews"un çəkiliş qrupu ölkəmizdə yerli və xarici KİV nümayəndələri üçün təmin olunmuş azad mətbuat mühitindən istifadə edərək XİN-in xarici media nümayəndələri üçün verdiyi akkreditasiya sənədi əsasında ölkəmizin ərazisində, o cümlədən işğal olunmuş torpaqlarda peşəkar fəaliyyətini həyata keçirib.

Qeyd etdiyimiz kimi, verilişin mahiyyətində razılaşmadığımız bir sıra məqamlar olsa da, "Euronews" kanalının çəkiliş qrupu Azərbaycanın qanunlarına və qaydalarına uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. Son aylar ərzində Aljazeera Arabic, Polşanın İctimai Televiziyası, Ukraynanın İCTV kanalı və digər beynəlxalq media nümayəndələri məhz Azərbaycanın icazəsi və müvafiq akkreditasiya sənədi əsasında işğal olunmuş Azərbaycan ərazilərinə səfər ediblər".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!