USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Masallıda “ASAN Festival” keçirilib - FOTOLAR

17 sentyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “ASAN Festival” keçirilib.

Asan Radio xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirməsi, dəyərləndirməsi, intellektual inkişaf, savad və dünyagörüşlərinin artırılmasında onlara kömək etməkdir.

Festivalı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “ASAN xidmət” ailəsini salamlayaraq qeyd edib ki, bugünkü tədbir Masallı, ümumən cənub bölgəsinin gənclərinin aktivliyində və asudə vaxtlarının səmərəli keçirilməsində müstəsna rol oynayacaq. İcra başçısı daha sonra təşkilatçılara minnətdarlığını bildirərək “ASAN xidmət” mərkəzinin işçilərinə uğurlar arzu edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov könüllük fəaliyyətindən danışaraq “ASAN xidmət” mərkəzlərində 8 mindən çox məzun könüllünün olduğunu, Masallıda isə 80 nəfər könüllünün çalışdığını vurğulayıb. İnam Kərimov tədbir iştirakçılarını festivalın keçirilməsi münasibəti ilə təbrik edib.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov çıxış edərək bildirib ki, nazirlik gənc nəslin dünyagörüşünün formalaşması, onların intellekt səviyyəsinin yüksəldilməsi sahəsində “ASAN xidmət” mərkəzi ilə sıx əməkdaşlıq edir və gələcəkdə bu əməkdaşlıq davam etdiriləcək.

Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərəcək “ASAN xidmət” mərkəzinin direktoru Şahzad Ayrobi çıxış edərək bildirib ki, “ASAN xidmət” modeli nəyin ki regionda eyni zamanda dünyada tətbiq olunan qabaqcıl təcrübədir və iki qurum arasında imzalanmış Anlaşma Memorandumuna əsasən tezliklə dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli Əfqanıstanda da tətbiq olunacaq.

Sonra tədbir iştirakçıları “ASAN həyat” kompleksi ilə tanış olublar.

Festival çərçivəsində “Azərbaycan İntellektual Klublar Assosiyası” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “ASAN İntelektual” inkişaf mərkəzində Masallı rayonu ilə yanaşı Təzə Alvadı, Xıl, Çaxırlı, Şərəfə, Hişkədərə və Mahmudavar kəndlərindən olan 60-a yaxın məktəblilərin iştirakı ilə “Masallı ASAN İntellektual Kuboku”u uğrunda yarış keçirilib. Kubokun qalibi isə Şərəfə kənd tam orta məktəbin şagirdlərindən ibarət komanda olub.

Daha sonra Heydər Əliyev İncəsənət Məktəbində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda mühazirə keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin nümayəndəsi Məhəbbət Mehdiyeva ümummilli liderin uşaqlıq və gənclik illəri, Azərbaycan mədəniyyətinin inkişafındakı rolu və xidmətləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Sonda festival iştirakçılarına Böyük Vətən müharibəsinin 70 illiyinə həsr olunan “Hədəf Bakıdır” filmi nümayiş olunub və festival möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!