USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
KOSMİK MƏSAFƏDƏN MÜŞAHİDƏ PEYK XİDMƏTLƏRİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA MEMORANDUM İMZALANIB

ASAN Radio AMEA ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında kosmik məsafədən müşahidə peyk xidmətləri sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Tərəflər Azərbaycan Respublikası ərazisinin kosmik müşahidəsi nəticəsində elmi məqsədlər üçün peyk təsvirlərinin əldə olunması istiqamətində müasir texnologiyalardan geniş istifadə edilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Sənəddə Azərbaycan Respublikasına məxsus süni peyklərin təhlükəsizliyi baxımından tələb olunan proqnoz xarakterli hesablama işlərinin yerinə yetirilməsi, nanopeyklərdə astrofiziki eksperimentlərin həyata keçirilməsi, kosmik təsvirlərin əsasında təhlükəli endogen geoloji proseslərin, palçıq vulkanı aktivliyinin, ekoloji şəraitin və digər proseslərin öyrənilməsi və monitorinqinə dair məsələlər yer alır. Bundan başqa, Memorandumda Azərbaycanın flora, fauna və torpaq örtüyü biomüxtəlifliyinin, eyni zamanda ərazinin geologiyasının öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi ilə bağlı layihələrdə kosmik təsvirlərin tətbiq edilməsi, ekzogen geoloji proseslərin, geoekoloji və faydalı qazıntıların istifadəsinin monitorinqi sahəsində əməkdaşlıq haqqında müddəalar öz əksini tapır.

Qeyd edək ki, umumilikdə tərəflər arasında prioritet sahələrdə qurulmuş əməkdaşlığı və birgə elmi fəaliyyəti genişləndirəcək bu Memorandum gələcəkdə Azərbaycan ərazisində ekoloji və geoloji təhlükələr haqqında yeni məlumatların əldə edilməsi və monitorinqinə, eləcə də faydalı qazıntıların axtarışına, Xəzərin səviyyəsinin və səhralaşma proseslərinin öyrənilməsinə imkan yaradacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!