USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan ilə Türkiyə, Əlcəzair, İndoneziya, Cənubi Afrika Respublikası və Fələstin arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Qoşulmama Hərəkatının Venesuelanın Marqarita adasında keçirilən zirvə toplantısında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra, İndoneziyanın xarici işlər naziri Retno Marsudi, Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane və Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, görüşlərdə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin Qoşulmama Hərəkatı və BMT Baş Məclisinin 71-ci sessiyasının gündəliyində duran məsələlər müzakirə edilib. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov həmkarlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin mövcud vəziyyəti haqqında məlumat verib. E.Məmmədyarov Qoşulmama Hərəkatı çərçivəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə münasibətdə ifadə olunan ardıcıl ədalətli mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Venesuelada keçirilən zirvə toplantısında Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasının gözləndiyini deyən Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan sədrlik dövründə Hərəkatın məqsəd və məramlarının təşviqi və inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!