USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB

ASAN Radio president.az saytına istinadən xəbər verir ki, bu gün Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə yeni bitum istehsalı qurğusunun inşası və Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Heydər Əliyev adına neft emalı zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.

Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq. Bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına neft emalı zavodu arasında müvafiq müqavilə imzalanıb. Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına neft emalı zavodunun istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək.

Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma işlərinin növbəti mərhələləri çərçivəsində müəssisədə yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulub. Proqrama əsasən, 2019-cu ildə Heydər Əliyev adına neft emalı zavodunda “avro-5” standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə Heydər Əliyev adına zavodun emal gücü 7,5 milyon tona qədər artırılacaq, nəticədə ölkənin növbəti 15-20 il üçün avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək və keyfiyyətli neft məhsulları üzrə ixrac potensialı daha da artırılacaq. Sözsüz ki, layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.

Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlini qoyub.

Dövlət başçısına məlumat verilib ki, son vaxtlarda 80-dən çox müasir texnika alınaraq ölkəyə gətirilib. Müxtəlif texnoloji nəqliyyat vasitələrindən, traktor-maşın mexanizmlərindən və stasionar güc aqreqatlarından ibarət olan bu avadanlıqlar neft və qazın hasilatının sabit saxlanmasına, quyuların yeraltı əsaslı və cari təmirinə geniş imkanlar yaradır, onlar uğurla sınaqdan çıxarılıb.

Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!