USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elsevər Ağayev: “Dərmanların 90 faizinin qiyməti düşüb”

Tarif Şurasının Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Ümumilikdə isə dərmanların 90%-nin qiyməti düşüb.

ASAN Radio xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, bu, mütəmadi və tamamlanmayan prosesdir. Onun sözlərinə görə, hər bir yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunacaq: “Bu sahədə müəyyən xırda problemlər yaşanır və bunların yerində aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Azərbaycana gələn dərmanların hər bir seriyası Səhiyyə Nazirliyində yoxlandıqdan sonra onların gömrük orqanlarında rəsmiləşdirilməsinə icazə verilir. Çünki qanunvericilik bunu tələb etdiyindən gömrük orqanları da bunu tələb edir”.

Nazir müavini əlavə edib ki, ilk növbədə hər kəsi dərmanların keyfiyyəti maraqlandırır, qiymətin aşağı olması ilə yanaşı bu da vacib amildir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!