USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Rusiyanın Hökumət başçısını təbrik edib

ASAN Radio president.az saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın hökumət başçısı Dmitri Medvedevi başçılıq etdiyi “Yedinaya Rossiya” partiyasının Rusiyanın Dövlət Dumasına seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: “Bu qələbə Sizin partiyaya və onun dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunub saxlanması, demokratik dəyərlərin bərqərar olması və ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətə Rusiya xalqının yüksək etimadına dəlalət edir.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın firavanlığı naminə Azərbaycan ilə Rusiya arasında mehriban, ənənəvi dostluq münasibətlərinin genişlənməsinə, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşməsinə kömək edəcək.

Hörmətli Dmitri Anatolyeviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiya naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!