USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

ASAN Radio xəbər verir ki, sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Mübariz Qurbanlı qardaş ölkə ilə əlaqələrimizin yüksək səviyyədə olmasını önə çəkərək Azərbaycanın xarici siyasətində Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. O bildirib ki, bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Komitə sədri Türkiyənin daim Azərbaycanın yanında olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ölkəmizin haqlı mövqeyini daima dəstəklədiyini vurğulayıb.

İsmail Alper Coşkun Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışıb. Dövlətimizin başçısının din sahəsində həyata keçirdiyi siyasəti müsbət qiymətləndirən səfir Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib. O vurğulayıb ki, Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.

Görüşdə Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-islam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkənin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!