USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dəfn xərcləri "dəfn pulu"ndan artıq olmayacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə təqdim etdiyi “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn xərclərinin dəfn üçün müavinətin məbləğindən artıq olmamasını təklif edib.

 

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

Onun sözlərinə görə, "dəfn işi" dedikdə yas mərasimi nəzərdə tutulmur.

 

G.İsmayılov qeyd edib ki, "dəfn işi" məzar üçün torpağın ayrılması, qəbrin qazılması, dəfn olunma və abidənin qoyulmasından ibarətdir: “Əgər vəfat etmiş şəxsin iş yeri varsa, “dəfn pulu” dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Biz “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfnin məhz bu vəsait hesabına aparılmasını nəzərdə tutmuşuq. Təklifimizin mahiyyəti bundan ibarətdir ki, dəfn üçün xərclər bu vəsaitdən artıq olmasın. Biz nəzərdə tuturuq ki, torpaq pulsuz olacaq. İkincisi, qəbiristanlıqların saxlanılması, abadlaşdırılması vətəndaşların deyil, bələdiyyələrin hesabına olacaq. Təklifimizdə də məqsəd odur ki, torpaq pullu olmasın, ikincisi, qəbirüstü abidələr təmtəraqlı olmasın, üçüncüsü isə qəbiristanlıqlar normal bir şəkildə fəaliyyət göstərsin”.

 

G.İsmayılov əlavə edib ki, layihədə bir nəfərin bir neçə qəbir yeri götürməsinə icazə verilmir: “Yəni heç kim 4-5 qəbir yeri götürə bilməz. İkinci yer o şərtlə verilə bilər ki, həmin yeri vəfat etmiş şəxsin həyat yoldaşı götürsün. Eyni vaxtda iki nəfərdən artıq insan üçün məzar yeri verilə bilməz”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!