Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir.
"APA-Economics" xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər.
Bununla bağlı Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə dəyişiklik edilməsi tövsiyə edilib.
Xatırladaq ki, indiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi. Qanuna təklif edilən bu dəyişiklik qəbul olunarsa, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti şərtlərinin asanlaşdırılması və vergi inzibatçılığının çevikliyinin gücləndirilməsi məqsədi ilə hazırlanıb.
Xatırladaq ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!